Bu klub da Kadinin "Krasnodar"a transferindən pul qazanacaq

Bu klub da Kadinin "Krasnodar"a transferindən pul qazanacaq
XƏBƏR 9 Yanvar 2023 / 20:52 7360
-  A +

Braziliyanın "Koritiba" klubu Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a transferindən pul qazanacaq.

Qol.az Braziliyanın UOL portalına istinadən xəbər verir ki,  FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır.  Braziliyalı futbolçunun keçidi üçün “Qarabağ”a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi -  təqribən 240 min avro "Koritiba"ya çatacaq.

Qeyd edək ki, K.Borges "Krasnodar"la 2026-cı ilin iyununa kimi müqavilə imzalayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner