Salah "Liverpul"un əfsanəsini geridə qoydu

Salah "Liverpul"un əfsanəsini geridə qoydu
XƏBƏR 8 Yanvar 2023 / 17:30 3812
-  A +

İngiltərə kubokunun 3-cü turunda "Vulverhempton”la matçı “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, o, 2:2 hesabı ilə yekunlaşan görüşdə fərqlənib. 29 yaşlı oyunçu "Liverpul" forması ilə vurduğu qolların sayını 173-ə yüksəldib. Bununla da Salah 172 qol vuran əfsanəvi Kenni Dalqlişi geridə qoyub.

"Liverpul"un heyətində ən çox qol vuran futbolçusu isə Yan Rayşdır – 346 qol. İlk üçlüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner