“Mançester Yunayted” “Ronaldo qaydası” tətbiq etdi

“Mançester Yunayted” “Ronaldo qaydası” tətbiq etdi
XƏBƏR 8 Yanvar 2023 / 16:58 5632
-  A +

“Mançester Yunayted" Kriştiano Ronaldonun gedişindən sonra maaş limiti tətbiq edib.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bu yeniliyə artıq “Ronaldo qaydası” ləqəbi verilib. Kriştianonun “Mançester Yunayted”dəki maaşı digər oyunçuların məvacibindən xeyli yüksək idi. İndi "Yunayted"də bir oyunçu üçün mümkün olan maksimum həftəlik maaş 200.000 funt-sterlinqdən çox olmayacaq. 

Erik ten Haq, Con Murtau və Rçhard Arnold istəyirlər ki, oyunçular bir-birlərinə paxıllıq etməsinlər.

Yeni qayda David de Xeaya birbaşa təsir edəcək. Qapıçı 2023-cü ilin yayına qədər olan müqavilə ilə həftədə 375 min funt sterlinq maaş alır. "Mançester Yunayted"də qalmaq üçün o, maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə razılaşmalı olacaq. O, razılaşarsa, Bruno Fernandeş səviyyəsində məvacib alacaq. İspaniyalı futbolçu razı olmasa, komandadan getməli olacaq.

Hazırda "Yunayted"in mühüm oyunçuları Rafael Varan, Harri Maquayr, Cazemiro və Bruno Fernandeş təxminən bərabər səviyyədə maaş alırlar (həftədə 200 min funt-sterlinq). Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, futbolçuların maaşları azalacaq. Müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan Lyuk Şouya da analoji maaş təklif olunacaq.

“Mançester Yunayted”in ideyası daha çox oyunçunun təxminən eyni maaşa sahib olmasıdır. Klub artıq ayrı-ayrı super ulduzların maaşına həftədə 500 min funt-sterlinq xərcləmək istəmir.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayından "Mançester Yunayted"də oynayırdı. O, ötən ilin noyabrında klubdan ayrılıb və bir neçə gün əvvəl azad agent kimi "Əl-Nəsr"ə keçib. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner