Keyn: “Bu epizodu heç vaxt unutmayacağam”

Keyn: “Bu epizodu heç vaxt unutmayacağam”
XƏBƏR 8 Yanvar 2023 / 15:22 2657
-  A +

"Tottenhem"in və İngiltərə millisinin futbolçusu Harri Keyn DÇ-2022-nin 1/4 finalınsa Fransa ilə matçda dəqiq yerinə yetirə bilmədiyi penalti epizodundan danışıb.

Qol.az xəbər verir ki, forvard bu anı heç vaxt unutmayacağını deyib: "Yəqin, heç vaxt bunu unutmayacam. Futbolda belə şeylər olur. Bilirəm ki, hər zaman ağlımda qalacaq. Lakin bu kimi hallar məni kuboklara daha ac edir".

Qeyd edək ki, İngiltərə yığması dünya çempionatının 1/4 final mərhələsində Fransaya uduzub - 1:2. Keyn hesab 1:2 olan zaman penaltidən yararlana bilməyib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner