Avstriyalı futbolçu Almaniyanın DÇ-2022 ilə vidalaşmasından danışdı

Avstriyalı futbolçu Almaniyanın DÇ-2022 ilə vidalaşmasından danışdı
XƏBƏR 8 Yanvar 2023 / 13:57 1749
-  A +

"Real"ın və Avstriya millisinin müdafiəçisi David Alaba Almaniya millisinin DÇ-2022-də mübarizəni dayandırmasını xatırlayıb.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, o, çox məyus olduğunu bildirib: 

“Mən əsəbiləşdim. Mən məşqçi Hans-Diter Fliki yaxşı tanıyıram. Bu komandanın bir çox futbolçuları mənim dostlarımdır. Mən uzun illərimi Almaniya futbolu üçün sərf etmişəm. Bu, çox kədərli idi".

Qeyd edək ki, Almaniya millisi DÇ-2022-də E qrupundan çıxmağı bacarmamışdı və mübarizəni dayandırmışdı. Turnirin qalibi Argentina yığması olub. 

Xatırladaq ki, Alaba Almaniyada "Bavariya" və "Hoffenhaym" kimi komandaların formasını geyinib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner