Benzema millidəki karyerasını niyə başa vurdu?

Benzema millidəki karyerasını niyə başa vurdu?
XƏBƏR 8 Yanvar 2023 / 12:29 3062
-  A +

"Real"ın və Fransa millisinin futbolçusu Kərim Benzemanın yığmadakı karyerasını başa vurmasının əsas səbəbi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Benzemanın millidən ayrılmaq qərarı yerli federasiyanın baş məşqçi Didye Deşamla müqaviləni uzatmasıdır. Bildirilir ki, 34 yaşlı forvardın çalışdırıcı ilə münasibətləri yaxşı deyil. Benzema Deşamla sözləşmənin yenilənəcəyini bir müddət əvvəl öyrənib. Ötən gün isə Deşamın müqaviləsi rəsmən uzadılıb.  

Qeyd edək ki, bir müddət əvvəl Benzema ilə Deşam arasında münaqişə olduğuna dair xəbərlər yayılıb. Futbolçu ötən il dekabrın 19-da milli ilə vidalaşdığını açıqlayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner