“Neftçi”nin gənc futbolçusu Fərid Yusifli klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, ötən ilin sonlarında əməliyyat olunan 20 yaşlı yarımmüdafiəçi bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağını bildirib.
- Mövsümün gedişində zədələnib bir müddət yaşıl meydanlardan kənarda qalmışdın. Budəfəki zədə əməliyyat olunmağına səbəb oldu. Əməliyyatdan sonra özünü necə hiss edirsən?
- Açığı, zədələnməzdən əvvəl özümü çox yaxşı, formada hiss edirdim. Amma elə oldu ki, zədələndim. Əməliyyat olunmaq seçimlərdən biri idi, lakin həkimlərin məsləhəti ilə əvvəlcə hərəkətlərlə bərpa etməyə çalışdıq. Alınmadı deyə, əməliyyat olundum. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Ağrılarım yoxdur. Sadəcə, fərdi məşqlərə başlamaq üçün bir az zamana ehtiyac var.
- Bu mövsüm zədədən əziyyət çəksən də, artıq 14 oyunda meydana çıxmaqla ötənmövsümkü göstəricini yaxşılaşdırmısan. Bu haqda nə deyə bilərsən?
- Bu mövsüm 14 matçda meydana çıxsam da, keçən mövsüm ilk “11-lik”də daha çox yer alırdım. Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir. İnşallah, bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağam.
- Səninlə yanaşı, “Neftçi”nin yetirmələrindən İsmayıl Zülfüqarlı da tez-tez heyətdə yer alır. Bundan əlavə, bu mövsüm 4 yetirməmiz – Əlirza Müştəbazadə, Rza Cəfərov, Ağadadaş Salyanski və Ömər Qurbanov da əsas komandada debüt etməyə imkan tapıblar...
- “Neftçi”nin yetirmələrinin əsas komandada debüt etmələri xoş haldır. Çünki “Neftçi” daim nəticə üçün çalışan klubdur. Gənclərə üstünlük verilməyi akademiyada oynayan futbolçulara da motivasiya olur.
- “Neftçi” hazırda təlim-məşq toplanışındadır. Bu müddətdə komandadan uzaqda qalmaq yəqin ki, sənin üçün çox çətin olar...
- Təbii ki, elədir. Komandam hazırda toplanışdadır, mən isə heç fərdi məşqlərə də başlamamışam. Çox çətindir. İnşallah, ən tez zamanda sağalıb komandaya qoşulmağı arzulayıram.
- Necə düşünürsən, Azərbaycan Kubokunda yarımfinala yüksələn "Neftçi" mövsümü titulla başa vura biləcəkmi?
- Kubokda “Zirə” ilə gərgin oyunumuz oldu. Şükür Allaha ki, bu çətin sınaqdan biz qalib ayrıldıq. Hazırda komandamız daha da motivasiyalıdır. Fikrimcə, bu mövsüm Azərbaycan Kuboku bizim olacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı