Yanvarın 5-dən etibarən təlim-məşq toplanışa başlayan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla həyata keçirir.
Qol.az xəbər verir ki, komandanın hazırlığı ilə bağlı baş məşqçi Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının saytına bunları deyib:
“10 günlük toplanış müddətində əvvəlcədən də planlaşdırdığımız kimi, fiziki hazırlığa daha çox yer ayırmışıq. Əsas millinin və “Araz-Naxçıvan” klubunun fiziki hazırlıq üzrə məşqçisi Cordan da bu işdə bizə kömək edir. Əsasən zal şəraitində hazırlıq keçirik. Məşqçinin tövsiyəsi ilə elə təmrinlər, tapşırıqlar verilir ki, oyunçular bir qədər güc toplasınlar. Hazırlıq prosesinin gedişi də göstərir ki, buna ehtiyac var, uşaqlar fiziki güc baxımından çox zəifdirlər. Məşqlərdən sonra əzələləri ağrıyır, əksəriyyəti elə bilir zədə alıb. Çalışırıq ki, bu toplanışda uşaqlar fiziki güc baxımından artırsınlar. Oyunçunun gücü olduqdan sonra digər tapşırıqların icrası çətinlik yaratmayacaq”.
Baş məşqçi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığın planlarına heç bir təsirinin olmayacağını bildirib: “Cordan məşqləri idman və fitnes zalında keçir. Onlar da qapalı olduğuna görə, narahat olmağa ehtiyac yoxdur. Əslində, mən fikirləşirdim ki, fiziki hazırlıq üzrə tapşırıqları stadionda keçərik, lakin məşqçimizin metodu fərqli olduğuna görə, buna lüzum olmadı”.
A.Əzimov hansısa səbəbdən nəzərdə tutduğu oyunçulardan kənarda qalan olmadığını da açıqlayıb: “18 futzalçını cəlb etmişik. Seçim bununla yekunlaşmır. Seleksiya işlərimiz davam edir. Daha güclü oyunçu tapsaq, cəlb edəcəyik. Hələlik əlimizdə olanlar arasında ən yaxşıları seçmişik. Nəzərdə tutduğum oyunçular arasında hansısa səbəbdən kənarda qalanı olmayıb”.
Mütəxəssis arxada qalan 3 günlük məşq prosesini də dəyərləndirib: “Uşaqlara yükləmələr verilir. Əzələləri ağrısa da, bu, normal prosesdir. Çünki əksəriyyəti karyerasında ilk dəfədir ki, təlim-məşq toplanışında iştirak edir. Ona görə çətinlik çəkirlər. Tədricən hər şey qaydasına düşəcək”.
Baş məşqçi Avropa çempionatı öncəsi daha bir toplanışın təşkil olunacağını, mart ayında keçiriləcək həmin hazırlıq proses zamanı yoldaşlıq oyunları keçirməyi də nəzərdə tutduqlarını vurğuladı.
Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda mübarizə aparacaq. Oyunlar martın 21-dən 26-dək Bosniya və Herseqovinada keçiriləcək və yalnız qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi