"Azərbaycan millisində oynaya bilərəm" - Ayaz Quliyev

"Azərbaycan millisində oynaya bilərəm"  - Ayaz Quliyev
XƏBƏR 6 Yanvar 2023 / 20:41 5672
-  A +

Rusiya “Ximki”sinin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamağa razılaşa biləcəyini istisna etməyib.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "RP Sport"a açıqlmasında deyib: “Mən Azərbaycan millisində oynaya bilərəm. Ora keçməyim üçün yalnız danışıq aparıb, yekun razılıq vermək lazımdır. Gələcəkdə Rusiya yığmasında yox, Azərbaycan millisində oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100 faiz əminliklə danışa bilmərəm. İndiyə qədər dəqiq bilmirəm, çünki mənim keçidimi birbaşa təfərrüatı iləmüzakirə etməyiblər, şəxsən görüşməyiblər.

Mənim beynimdə bu fikir var. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda artıq mənə Azərbaycan millisində oynamaq təklifi edilmişdi, amma legioner sayılacağım başqa bir limit var idi. Bu, məni narahat edirdi. İndi qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.

Qeyd edək ki, A.Quliyev Rusiyanın U16, U17, U18, U19, U20 və U21 yığmalarında çıxış edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner