"Mənim sayəmdə Portuqaliya millisinə məşqçilik edirdi" - De Byazi

"Mənim sayəmdə Portuqaliya millisinə məşqçilik edirdi" - De Byazi
XƏBƏR 6 Yanvar 2023 / 15:24 5178
-  A +

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi bu yaxınlarda Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verən Fernando Santuş haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, İtaliyanın "Studiosport" nəşrinə müsahibəsində bildirib ki, zamanında edilən məşqçi dəyişikliyi müsbət nəticələrə gətirib çıxarır. O, Fernanda Santuşun rəhbərliyi altında Portuqaliyanın "Avro-2016"dakı çempionluğunu qeyd edib.

O, bu məşqçi ilə bağlı bir kiçik xatirəsini də bölüşüb: "Ötən il (dəqiqləşdirmə: 2021-ci ilin sentyabrı - red.) Santuş Bakıya gələndə onu dedim ki, mənə hələ də bir şüşə portveyn gətirməyib. Halbuki o, mənim sayəmdə Portuqaliya millisinə məşqçilik edirdi".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner