Totti məhkəmə qarşısına çıxacaq

Totti məhkəmə qarşısına çıxacaq
XƏBƏR 5 Yanvar 2023 / 13:42 1318
-  A +

İtaliya millisinin və "Roma"nın sabiq hücumçusu Françesko Totti çirkli pulların yuyulmasında şübhəli bilinir.

Qol.az xəbər verir ki, bu barədə "La Gazette dello Sport" məlumat yayıb. 46 yaşlı keçmiş futbolçu məhkəmə qarşısına çıxarılacaq.

Totti çirkli pulların yuyulması ilə mübarizə aparan agentlər tərəfindən bildirilən şübhəli əməliyyatlarda iştirak edir. Tottinin bank hesablarını iki il yarım ərzində baş vermiş əməliyyatlarla, xüsusən də bukmeker kontorları ilə maraqlanan müstəntiqlər araşdıracaq.

Qeyd olunan sövdələşmələrdən biri 2022-ci ilin avqust ayına aiddir. Totti qohumlarından birinə faizsiz 80 min avro borc verib. Məbləğ əvvəlcə dostunun həyat yoldaşının və qızının birgə hesabına ödənilməli, sonra isə ər-arvadın birgə hesabından keçib dostunun şəxsi hesabına daxil olmalı idi.

2020-ci ilin iyun ayında Tottiyə məxsus iki bank hesabının da Monako, London və Las Veqasdakı kazinolarla şübhəli əməliyyatlar apardığı iddia edilir. Ekspertlər hesabatlarından birində yazır: “Müxtəlif beynəlxalq qumar evlərinə göndərilən pulların əsl məqsədi ilə bağlı böyük şübhələr var”.

Qeyd edək ki, Totti 1998-2006-cı illərdə İtaliya millisində oynayıb. O, 1992-2017-ci illərdə "Roma"nın formasını geyinib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner