“Krasnodar”dan Kadinin müqaviləsi ilə bağlı açıqlama

“Krasnodar”dan Kadinin müqaviləsi ilə bağlı açıqlama
XƏBƏR 4 Yanvar 2023 / 20:42 9682
-  A +

"Krasnodar" da "Qarabağ"dan Kadi Borqesi transfer etdiyini açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilin iyununa kimi müqavilə imzalanacaq. Onun "Krasnodar"un təlim-məşq toplanışı üçün bu ay Dubaya gedəcəyi vurğulanıb.

Qeyri-rəsmi məlumatlara görə, "Krasnodar" "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi.
 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner