Pike karyerasını bərpa edir?

Pike karyerasını bərpa edir?
XƏBƏR 4 Yanvar 2023 / 12:56 4177
-  A +

"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike futbolçu karyerasını bərpa etməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. O, özünün sahibi olduğu "Andorra" klubunda oynamaq istəyir.

Məlumata görə, "Andorra"nın mübarizə apardığı İspaniya ikinci divizionunun maliyyə qaydaları Pikenin karyerasını bərpa etməyə mane ola bilər. Hazırda klub İspaniya ikinci divizionunun turnir cədvəlində 10-cu yeri tutur.

Xatırladaq ki, 2022-ci ilin payızında 35 yaşlı Pike Kataloniya klubunda oynamaqdan imtina etdiyini açıqlamışdı. Futbolçunun son oyunu İspaniya La Liqasında "Osasuna" ilə görüş olub. Pike "Barselona"nın yetirməsidir. Müdafiəçi "Barselona" ilə birlikdə 28 kubok qazanıb və komandanın heyətində 616 oyuna çıxıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner