Messidən Aqueroya xəbərdarlıq

Messidən Aqueroya xəbərdarlıq
XƏBƏR 4 Yanvar 2023 / 09:41 6952
-  A +

Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Serxio Aqueroya içkini tərgitməsi ilə bağlı xəbərdarlıq edib.

Qol.az xəbər verir ki, Aquero millinin DÇ-2022-nin qalibi olmasını içki içməklə qeyd edib. Messi bu duruma əsəbiləşərək Aqueroya xəbərdarlıq edib. Lakin keçmiş oyunçu Messinin məsləhətlərini dinləməyib. 

Aquero bu mövzuda "Tvich"a danışarkən deyib: "Çox içmişdim. Amma heç nə yemirdim. Dünya çempionluğunu qazandıq. Mənə bir şey olacaqdısa, orada olmalı idi. Lionel mənə əsəbiləşdi və "bəsdir" dedi. Necə dayanım? Çempion olmuşduq və çox xoşbəxt idim".

Qeyd edək ki, Aquero 2006-2021-ci illərdə Argentina yığmasında oynayıb. O, ötən il səhhətindəki problemlərə görə karyerasını başa vurub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner