De Xea Runini qabaqladı

De Xea Runini qabaqladı
XƏBƏR 4 Yanvar 2023 / 09:06 1240
-  A +

"Mançester Yunayted"in qapıçısı David De Xea komandanın heyətində Premyer Liqada ən çox oyun keçirmək üzrə sabiq kapitan Ueyn Runini qabaqlayıb.

Qol.az xəbər verir ki, o, ötən gecə 19-cu turda "Bornmut"la oyunda iştirak edib. Bu, ispaniyalının Premyer Liqadakı 394-cü oyunudur.

De Xea "Yunayted"in heyətində Ueyn Runini qabaqlayıb. Keçmiş hücumçu 393 dəfə meydana çıxıb. Bu göstərici üzrə ilk üç yeri Rayan Giqqz (632 oyun), Pol Skoulz (499) və Qari Nevill (400) tutur.

Qeyd edək ki, De Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner