Dino Ndlovu Türkiyə klubunda

Dino Ndlovu Türkiyə klubunda
XƏBƏR 3 Yanvar 2023 / 16:21 9780
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu  ölkənin 1-ci liqası təmsilçisi "Boluspor"la razılığa gəlib. O, bu gün Türkiyədə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, son klubu  Çin "Çanqçun"unu olan D.Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner