Oyuna "Rahat yat, Pele" yazılı köynəklə çıxdı - Şəkil

Oyuna "Rahat yat, Pele" yazılı köynəklə çıxdı - Şəkil
XƏBƏR 31 Dekabr 2022 / 17:54 3761
-  A +

"Mançester Yunayted"in braziliyalı futbolçusu Antoni İngiltərə Premyer Liqasının 18-ci turunun "Vulverhempton"la hazırda davam edən oyununda meydana mərhum həmyerlisi Pelenin xatirəsinə yazılmış köynəklə daxil olub.

Qol.az xəbər verir ki, futbolçu dahi oyunçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən formasının altından geyindiyi “Rahat yat, Pele” yazılı köynəyini nümayiş etdirib.

Xatırladaq ki, Pele dekabrın 29-da, 82 yaşında vəfat edib. Ömrünün son aylarında Pele xərçənglə mübarizə aparırdı. O, kimyaterapiyadan keçsə də, bədən tədricən müalicəyəcavab verməyi dayandırmışdı. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner