Pep bu halda "Siti"dən ayrılacaq

Pep bu halda "Siti"dən ayrılacaq
XƏBƏR 31 Dekabr 2022 / 14:30 3551
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Siti"dən ayrıla biləcəyini istisna etmir.

Qol.az BBC-yə istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb. O deyib:

“Nəyinsə pozulduğunu hiss etdiyim anda karyeramı başa vuracağam, ya da müqaviləmi yeniləməyəcəyəm. Mən Fergi və Arsen kimi qalmayacağam. Müqavilə sadəcə kağızdır. Mən hələ də yaxşı oynaya biləcəyimizi hiss etdiyim üçün müqaviləni uzatdım. Ancaq sonda hər şey nəticələrdən asılıdır. Bir-birimizdən bezsək, müqaviləni yekunlaşdıracağam".

Qeyd edək ki, Pep 2016-cı ildən "şəhərlilər"i çalışdırır. O, ötən ay "Mançester Siti" ilə 2025-ci ilə qədər yeni müqavilə imzalayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner