"Ehtimal edilir ki, Mahir Emreli yol üstədir" - Xorvatiya mətbuatı

"Ehtimal edilir ki, Mahir Emreli yol üstədir" - Xorvatiya mətbuatı
XƏBƏR 30 Dekabr 2022 / 12:46 7451
-  A +

Xorvatiyanın "Sportske novosti" hesab edir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu qış "Dinamo"nu (Zaqreb) tərk edə bilər.

Qol.az xəbər verir ki, qəzet qış transfer pəncərəsi zamanı klubdan gedişatı mümkün olan futbolçular haqda yazıb. 

Həmçinin oxuyun: Mahir “Dinamo”dan gedirmi? – Özü açıqladı

"Brunu Petkoviç DÇ-2022-də özünü yaxşı tərəfdən göstərə bildi. Əgər o, "Dinamo"da qalsa, onun keçirdiyi matçların sayını nəzərə aslaq,  şübhəsiz ki, əsas heyətin əvəzedilməz oyunçusu kimi qalacaq.  Ehtimal edilir ki, Mahir Emreli yol üstədir. Əslində isə azərbaycanlı hücumçunun nəyə qadir olduğunu göstərmək üçün imkanı olmadı" deyə nəşr yazıb.

Xatırladaq ki, M.Emreli bu ilin fevralında "Legiya"dan (Polşa) "Dinamo"ya transfer olunub. O, Xorvatiya klubunda 20 rəsmi oyun keçirib və 5 qol vurub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner