Pele nə vaxt dəfn olunacaq?

Pele nə vaxt dəfn olunacaq?
XƏBƏR 30 Dekabr 2022 / 11:58 2948
-  A +

Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pelenin dəfn olunacağı tarix müəyyənləşib.

Qol.az xəbər verir ki, yanvarın 2-də Pelenin cənazəsi vəfat etdiyi xəstəxanadan "Santos" klubunun stadionuna aparılacaq. Burada saat 10:00-da vida mərasimi keçiriləcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək.

Dəfn mərasimi isə 2023-cü il yanvarın 3-də olacaq. 

Əlavə edək ki, xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra o, kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyi dayandırıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner