Ançelotti: "Transferə ehtiyacımız yoxdur"

Ançelotti: "Transferə ehtiyacımız yoxdur"
XƏBƏR 30 Dekabr 2022 / 09:40 998
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubun qış transfer pəncərəsində yeni futbolçu alıb-almayacağı barədə sualları cavablandırıb.

Qol.az xəbər verir ki, mütəxəssis komandasının gücləndirilməsinə ehtiyac olmadığını deyib:

“Biz qayıtdığımız üçün xoşbəxtik. Benzema bizimlədir və o, bizim üçün çox vacib oyunçudur. Təqvim qarşımıza çox ciddi tələblər qoyur. İspaniya Superkuboku, Klublararası Dünya Kuboku... Mart ayına qədər çoxlu oyunlar olacaq. Hər bir futbolçunu ayrı-ayrılıqda qiymətləndirəcəyik. Kimin istirahətə, kimin işə ehtiyacı olduğunu anlayacağıq.

Transferlərdən danışırıqsa,  onlara ehtiyacımız yoxdur. Düşünürəm ki, biz keçənilkindən daha yaxşı vəziyyətdəyik”.

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində "Barselona"dan 2 xal geri qalaraq ikinci yerdədir. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner