Pele ilə vida mərasimi keçiriləcək

Pele ilə vida mərasimi keçiriləcək
XƏBƏR 30 Dekabr 2022 / 09:05 2213
-  A +

Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçiriləcək. 

Qol.az xəbər verir ki, mərasim “Santos” futbol klubunun San-Pauluda yerləşən stadionunda olacaq.

Bildirilir ki,  dekabrın 23-dən həkimlər əfsanəvi futbolçunun səhhətinin pisləşməsindən sonra artıq anım mərasiminin təşkili üçün avadanlıqlar stadiona gətirilməyə başlanılıb. Mərasimin gün yarım davam edəcəyi gözlənilir. 

Qeyd edək ki, xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra 82 yaşlı braziliyalı kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyi dayandırıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner