"Şamaxı"nın rəqibləri müəyyənləşdi

"Şamaxı"nın rəqibləri müəyyənləşdi
XƏBƏR 29 Dekabr 2022 / 20:29 2021
-  A +

Premyer Liqanın 18-ci  turunda "Neftçi" ilə oyundan sonra istirahətə buraxılan "Şamaxı" yanvarın 3-də Bakıda bir araya gələcək. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün orada məskunlaşacaq. Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək. "Şamaxı" yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq 

Komanda son oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner