Ançelottidən Braziliya millisini çalışdıracağı ilə bağlı xəbərlərə münasibət

Ançelottidən Braziliya millisini çalışdıracağı ilə bağlı xəbərlərə münasibət
XƏBƏR 29 Dekabr 2022 / 17:12 1805
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, 63 yaşlı mütəxəssis bu məlumatları təkzib edib:

“Bilmirəm, heç kim mənimlə əlaqə saxlamadı və Braziliya federasiyası mənə zəng gəlmədi. Sadəcə "Real"da qalmaq istəyirəm. Mən heç vaxt “Real”dan getməyi istəməyəcəyəm".

Qeyd edək ki, Braziliya Futbol Federasiyası yığmanın DÇ-2022-nin 1/4 finalında mübarizəni dayandırmasından sonra baş məşqçi Tite ilə yolları ayırıb. Komandanı Ançelottinin çalışdıracağı barədə məlumatlar yayılmışdı.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner