Azarkeşlərdən Mbappeyə: "Dünya çempionu sənsən"

Azarkeşlərdən Mbappeyə: "Dünya çempionu sənsən"
XƏBƏR 29 Dekabr 2022 / 15:25 2694
-  A +

PSJ-nin azarkeşləri komandanın futbolçusu, həmçinin Fransa millisinin üzvü Kilian Mbappeni dəstəkləyiblər.

Qol.az xəbər verir ki, bu, Liqa 1-də PSJ- "Strasburq" oyunundan (2:1) əvvəl baş verib .

"Collectif Ultras Paris" azarkeş qrupunun üzvləri 24 yaşlı futbolçuya dəstək banneri hazırlayıblar. Bannerdə yazılıb: "Gələcək sənə məxsusdur"; “Dünya çempionatının ən yaxşı bombardiri", "Dünya çempionu sənsən".

Qeyd edək ki, Fransa DÇ-2022 finalında Mbappenin het-trikinə baxmayaraq, Argentinaya penaltilər seriyasında uduzub (3:3, penaltilər seriyası - 2:4). 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner