"DÇ-2022-də oynaya bilmədiyimə görə əsəbiləşdim"

"DÇ-2022-də oynaya bilmədiyimə görə əsəbiləşdim"
XƏBƏR 29 Dekabr 2022 / 11:26 2030
-  A +

"Mançester Siti"nin norveçli futbolçusu Erlinq Haaland DÇ-2022 haqqında danışıb.

Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu Norveç yığmasının turnirdə iştirak etməməsi səbəbindən mundialda oynaya bilmədiyi üçün əsəbiləşdiyini deyib:

“Evdə olduğum, dünya çempionatında oynamadığım üçün bir az əsəbiləşdim. Mən bir növ enerjimi doldurdum. Digər oyunçuların qol vurmasını izləmək məni qıcıqlandırır və əsəbiləşdirir. Artıq mən qələbələrə həmişəkindən daha çox acam”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilib. Turnirin qalibi Argentina millisi olub.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner