Rusiya klubu Kadidən imtina edə bilər

Rusiya klubu Kadidən imtina edə bilər
XƏBƏR 28 Dekabr 2022 / 16:08 5171
-  A +

"Qarabağ"ın Rusiyanın "Krasnodar" klubuna keçəcəyi barədə xəbərləri yayılan futbolçusu Kadi Borgesin transferi reallaşmaya bilər.

Qol.az xəbər verir ki, bu barədə "RB Sport" məlumat yayıb. Bildrilir ki, klublar arasında danışıqlar çətin gedir. Buna səbəb isə "Qarabağ"ın qarşı tərəfdən tələblərinin yüksək olmasıdır. Hələlik "Qarabağ" və "Krasnodar" 26 yaşlı yarımmüdafiəçinin transfer qiymətində razılığa gələ bilmirlər.

Qeyd olunur ki, "Qarabağ" güzəştə getməsə, Rusiya klubu keçiddən imtina edəcək.

Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı oyunçu bu mövsüm 31 oyunda 8 qol və 11 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner