"Bavariya" onları əvəzolunmaz hesab edir

"Bavariya" onları əvəzolunmaz hesab edir
XƏBƏR 28 Dekabr 2022 / 14:34 1612
-  A +

"Bavariya" futbolçusu Camal Musiala və Alfonso Deyvislə müqavilələrini uzatmağa hazırlaşır.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu bu futbolçuları komandanın gələcəyi üçün əvəzolunmaz hesab edir. Məsələ ilə bağlı “Bavariya” həm Musiala, həm də Deyvisə yeni müqavilələr təklif edəcək.

"Real"ın Alfonso ilə maraqlanması barədə xəbərlər yayılsa da, "Bavariya"nın onun transfer təkliflərini nəzərə almayacağı bildirilir. Klub 22 yaşlı müdafiəçini itirmək riskinə düşməmək üçün onunla müqaviləni yeniləmək istəyir. Kanadalı futbolçunun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. 19 yaşlı yarımmüdafiəçi Musialanın sözləşməsi isə 2026-cı ilə qədər qüvvədədir.

Qeyd edək ki, Alfonso 2019-cu, Musiala isə 2020-ci ildən "Bavariya"da oynayır.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner