Xviça: "Ronaldo mənim kumirimdir"

Xviça: "Ronaldo mənim kumirimdir"
XƏBƏR 28 Dekabr 2022 / 13:45 2054
-  A +

Son zamanların parlayan ulduzlarından olan "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya özünə kumir hesab etdiyi futbolçulardan danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Kriştiano Ronaldonu özünə örnək saydığını deyib:

“Həmişə Qutini izləmişəm, oyun tərzini bəyənmişəm. Mən ona baxanda Quti əla formada  idi, lakin az sonra karyerasını başa vurdu. Qutidən sonra Kriştiano Ronaldo mənim sevimli oyunçum oldu”.

Kvaratsxeliya həmçinin Lionel Messi ilə müqayisədə Ronaldoya üstünlük verdiyini bildirib:  "Ronaldo və Messi arasında seçim etmək çox çətindir, amma mənim kumirim Kriştianodur".

Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oyayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner