"Messi heç vaxt PSJ-ni "Barselona" kimi sevməyəcək"

"Messi heç vaxt PSJ-ni "Barselona" kimi sevməyəcək"
XƏBƏR 28 Dekabr 2022 / 13:24 2312
-  A +

"Barselona"nın futbolçusu Serji Roberto sabiq komanda yoldaşı, hazırda PSJ-də çıxış edən Lionel Messi haqqında danışıb.

Qol.az AS-a istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçunun bir neçə gün əvvl Argentina millisi ilə DÇ-2022-ni qazanmasına görə təbrik etdiyini, lakin forvardın ona cavab vermədiyini deyib: 

“Messini dünya çempionatı kubokunu qazanması münasibətilə təbrik etdim. Lakin Messi hələ mənə cavab verməyib. Amma həyat yoldaşım Messinin xanımı ilə mesajlaşırdı. Onun bu kuboku qazanmasına görə çox şadam. Messi "Barselona"ya qayıtsa, istənilən şəxs kimi mən də şad olaram. Onunla oynaya bilsəm, daha da xoşbəxt olaram. Messinin PSJ ilə müqaviləni uzadacağını oxudum. Onunla danışmamışıq, buna görə də onun "Barselona"ya qayıtmağı düşünüb-düşünmədiyini bilmirəm. Amma təbii ki, Messi heç vaxt PSJ-ni Barçanı sevdiyi kimi sevməyəcək. Bu, onun klubudur. Ancaq yenə də qərar ondan asılıdır".

Qeyd edək ki, Messi ötən ilin yayında "Barselona"dan ayrılaraq azad agent kimi PSJ-yə keçib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner