Rusiya Asiya Futbol Konfederasiyasına keçid üçün səsverməni təxirə saldı

Rusiya Asiya Futbol Konfederasiyasına keçid üçün səsverməni təxirə saldı
XƏBƏR 27 Dekabr 2022 / 15:40 1744
-  A +

Rusiya Futbol Federasiyası Asiya Futbol Konfederasiyasına mümkün keçidlə bağlı səsverməni təxirə salıb.

Qol.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib: “RFU UEFA-dan ayrılmaq və AFC-yə keçmək məsələsi ilə bağlı icraiyyə komitəsinin səsverməsini təxirə salmaq qərarına gəlib. Təxirə salınma Rusiyanın AFC-yə potensial keçidi ilə əlaqədar əlavə məsləhətləşmələrə ehtiyacla bağlıdır. Səsvermənin 2022-ci il dekabrın 31-dən əvvəl keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, UEFA və FİFA fevralın 28-də Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsinə görə ölkənin klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Bir müddət əvvl isə Rusiya UEFA-dan ayrılmaq və Asiya Futbol Konfederasiyasına qoşulmaq qərarını müzakirəyə çıxarıb. 

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner