“Liverpul” bu futbolçu ilə razılaşdı - Rəsmi

“Liverpul” bu futbolçu ilə razılaşdı - Rəsmi
XƏBƏR 27 Dekabr 2022 / 09:07 2850
-  A +

“Liverpul” 23 yaşlı hücumçu Kodi Qakponun transferi üçün PSV ilə razılığa gəlib. 

Qol.az xəbər verir ki, bu barədə Eyndhoven klubu məlumat yayıb. PSV tərəflərin razılığa gəldiyini açıqlayıb: "Kodi Qakpo tezliklə İngiltərəyə gedəcək və orada transfer başa çatana qədər lazımi rəsmiləşdirmələrdən keçəcək". 

“The Athletic”in məlumatına görə isə, satınalma bonuslar nəzərə alınmasa, bu keçid “Liverpul”a təxminən 37 milyon sterlinqə başa gələcək.

Qeyd edək ki, Qakpo PSV-nin yetirməsidir və 2018-ci ildən əsas komandadadır.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner