"2022-ci ili "Qarabağ" üçün müsbət dəyərləndirirəm. İstədiyimiz bütün hədəflərə nail olmadıq. Amma hesab edirəm ki, "Qarabağ" oynadığı oyunla Azərbaycanın sevgisini, hörmətini qazandı. Ümid edirəm ki, qarşıdan gələn matçlar komandamız üçün uğurlu olacaq. Klubumdan çox razıyam".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib. O, Gənclər və İdman Nazirliyinin 2022-ci ilin yekunlarına həsr olunmuş tədbirində jurnalistlərin suallarını cavablandırıb. Tahir Gözəl 2023-cü il üçün gözləntilərindən də danışıb: "İlk hədəfimiz ölkə çempionluğudur. Konfrans Liqası qarşılaşmasında komandadan uğurlu nəticə gözləyirəm. Bizi böyük həyəcan gözləyir. İnanıram ki, gözəl nəticələr əldə edəcəyik".
Tahir Gözəl Kadi Borgeslə Marko Veşoviçə transfer təkliflərinin gəlməsi ilə bağlı bunları deyib: "Bu, bizim üçün sevindirici haldır. Artıq "Qarabağ"ın futbolçuları dünyanın gündəmindədir. "Qarabağ" artıq futbolçuların Avropaya getməsi üçün bir vasitə olub. Bu, mənim üçün xoşdur. Bəli, xəbərlər doğrudur. Çox ciddi təkliflər var. Rəqəmlərdən xəbərimiz var. Maliyyə məsələləri ilə bağlı danışıqlar gedir. İndi futbolçunu öz arzusu olmadan bir yerdə saxlamaq çətindir. Onun şəxsi fikri çox önəmlidir. Hesab edirəm ki, alınsa, klubumuz üçün xeyirli olar. Bu, əlavə bir büdcədir. Həmin büdcə də baş məşqçimiz Qurban Qurbanovun əlindədir. İstədiyi, arzu etdiyi futbolçulara xərcləmək imkanı var. Hələ ki, danışıqlar davam edir. Nəticələnən bir şey yoxdur".
Tahir Gözəl klubun qış transfer pəncərəsindəki planları haqda söyləyib: "Bu işlər Qurban hocanın tam nəzarətində və səlahiyyətindədir. Biz heç vaxt texniki məsələlərə qarışmırıq. Hamımız Qurban Qurbanovun arxasındayıq və dəstəkləyirik. Onun seçdiyi oyunçulara böyük həssaslıqla yanaşırıq".
T.Gözəl "Qurban Qurbanovun özünə də təklif var. Buna münasibətiniz necədir? sualın belə cavablandırıb: "Mən hesab edirəm ki, Qurban hoca "Qarabağ"ı, biz də Qurban hocanı tez buraxan deyilik. Biz artıq bir ruh olmuşuq. "Qarabağ" Qurban Qurbanovu yaratdı, Qurban Qurbanov da "Qarabağ"ı yaratdı. İnanıram ki, bizim işimiz hələ çox davam edəcək".
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı