Ərdoğan: “Ronaldo Səudiyyə Ərəbistanında oynayacaq”

Ərdoğan: “Ronaldo Səudiyyə Ərəbistanında oynayacaq”
XƏBƏR 26 Dekabr 2022 / 01:20 3893
-  A +

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu, hazırda azad agent statusu daşıyan Kriştiano Ronaldonun gələcəyi barədə danışıb. 

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcəyini bildirib. 

“Mənə çatan məlumata görə, Ronaldo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək”. 

Qeyd edək ki, son günlər Ronaldonun "Əl-Nəsr"lə razılaşdığı barədə xəbərlər yayılıb. Tərəflərin 2030-cu ildədək müqavilə üçün anlaşdığı yazılır. Ronaldonun 2,5 il futbolçu kimi çıxış edəcəyi, bundan sonra klubun  səfiri olacağı bildirilirdi. Forvardın son klubu "Mançester Yunayted" olub. O, ötən ay İngiltərə təmsilçisindən ayrılıb.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner