Braziliya millisinin baş məşqçisi vəzifəsinə yeni namizədlər açıqlanıb.
Qol.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Titenin gedişindən sonra boş qalan vəzifəyə Zinəddin Zidan, Maurisio Poçettino, Tomas Tuhel və Rafael Benites namizəd göstərilir.
Həmçinin oxuyun: Ançelotti və Qvardiola bu millinin baş məşqçiliyinə namizəddirlər
Qeyd olunur ki, Braziliya Futbol Konfederasiyasının (CFB) rəhbərləri artıq mühüm nailiyyətləri olan əcnəbini baş məşqçi kimi görmək istəyirlər. Ən yaxşı seçim hal-hazırda işsiz olan bir mütəxəssis təyin etmək olardı.
Əvvəllər Karlo Ançelottinin adı Braziliya millisi ilə hallanırdı. Lakin məşqçi "Real" ilə 2024-cü ilə qədər olan müqavilənin sonunadək klubda qalmaq niyyətindədir. Həmçinin Pep Qvardiola da Braziliyanı çalışdırmağa namizəd göstərilirdi. Lakin o da bu təklifə müsbət yanaşmayıb.
Qeyd edək ki, Braziliya millisinin DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzmasından sonra Tite baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi