“Araz-Naxçıvan”dan yeni transferlər

“Araz-Naxçıvan”dan yeni transferlər
XƏBƏR 22 Dekabr 2022 / 13:30 1841
-  A +

Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan "Araz-Naxçıvan" heyətini gücləndirmək istiqamətində işlər görür.

Qol.az Azərbaycan Futzal Federiyasının mətbuatına xidmətinə istinadən xəbər verir ki, son çempion 6 futzalçı ilə anlaşıb. Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək. Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da oynayan Novruz Kazıxanov da “Araz-Naxçıvan”a pənah gətirib.

Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə “stolb” kimi çıxış edəcək.

​Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner