“Bir çox dostlarım mənə dedi: "Azərbaycana getsən, karyeranı dərhal bitirə bilərsən. Çünki bu addım karyeranı bitirmək kimidir". Amma bu səslərin mənə çatmasına imkan vermədim. Nədənsə, təklif mənə həm maraqlı, həm də ekzotik gəldi. Sonda öz-özümə düşündüm: "Mənim peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etmirəm?" Xüsusən də Avropa Konfrans Liqasında iştirak edə bilmək var idi”.
Qol.az xəbər verir ki, bu sözləri "Transfermarkt"a açıqlamasında "Sabah"ın futbolçusu Coy Lens Mikkels deyib. "Sabah"a 2021-ci ilin yayında transfer olunan almaniyalı oyunçu Bakı klubuna keçidi və bir sıra məsələlər haqda danışıb:
“İki həftədən sonra mən əslində hər şeydən əl çəkmək istədim. O vaxt mən hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi. Demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderland ilə müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Mən Bakının mərkəzində mənzilə köçənə, yerli sakinlərlə real təmas qura və komandaya uyğunlaşana qədər hər şey dəyişdi".
28 yaşlı yarımmüdafiəçi bildirib ki, əvvəllər vaxtını futbol oyunlarına sərf etsə də, hazırda formada qalmasına daha çox diqqət yetirir: “Mən elə yaşa çatmışam ki, öz hərəkətlərim haqqında daha çox fikirləşirəm. Əvvəllər çox vaxtımı "Playstation" oynamaqla keçirirdim. İndi məşq otağında çox vaxt keçirirəm və bərpa işləri ilə məşğul oluram. Yaxşı və sağlam qidalanmaya da fikir verirəm. Prmeyer Liqa çox güclü və fiziki çempionatdır. Müdafiəçilər güclüdürlər. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər təsir edir (gülür)”.
Mikels Azərbaycanda azarkeşlərin futbola marağının az olmasından şikayətlənib. O, bildirib ki, matçlar zamanı stadionu çox azarkeşin gəlməsini istəyir: “Biz oyunçuları hətta, Bakı kimi bir milyondan çox əhalisi olan bir şəhərdə də tanıyırıq. Onlara müraciət edirik. Azərbaycanda televiziya reytinqləri çox yaxşıdır. Futbol verilişləri hər yerdə var. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlar üçün 10.000-dən çox tamaşaçı gəlir. Normal oyunlara isə cəmi 3000 azarkeş stadiondan baxır. Ən ucuz biletlərin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt stadiona gəlmirlər. Onlar komandaları müəyyən şəraitdə məğlub olarsa, 3 avro xərcləmək istəmədiklərini əsas gətirirlər”.
Futbolçu "Sabah" azarkeşlərinin ona olan sevgisinə də toxunub. Bir müddət əvvəl komandanın fanatları Elvin Camalov, Xuan Kamara, Aleksey İsayevlə yanaşı, Coy Lens Mikelsin də fotosu olan pankartlar hazırlayıblar. Onlar bu pankartları hazırlayarkən futbolçuları dünyaca məşhur fantastik film obrazlarına bənzədiblər. Mikels isə bununla bağlı deyib: “Əlbəttə ki, özünü pankartda belə görmək inanılmaz bir şərəfdir. Amma mənim üçün ən yaxşı an, böyük bir afişa ilə təbrik edildiyimi görməyim idi. Qızımızın doğulmasından sonra azarkeşlər 'Sabah ailəsinə xoş gəldiniz' sözləri ilə pankart hazırlamışdılar. Bu, məni çox kövrəltdi".
Mikels Azərbaycanda insanların qonaqpərvər olduğunu xüsusi vurğulayıb: “Buranın insanları inanılmaz istiqanlı, qonaqpərvər və açıqürəklidirlər. Bir ailə olaraq bizim üçün Bakı çox rahat, sakit guşələri olan şəhərdir. Yalnız yol şəraitinə gəldikdə çətin olur. Bakını tıxacsız görmək demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün ər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometrlik məsafə üçün az qala 4 avro ödəyirəm”.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi