Ronaldodan tarixi rekord

Ronaldodan tarixi rekord
DÇ-2022 24 Noyabr 2022 / 21:29 4233
-  A +

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo tarixi rekorda imza atıb.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçunun rekordu DÇ-2022-nin ilk turunda hazırda Qana ilə keçirilən oyunda qeydə alınıb.

Matçın 65-ci dəqiqəsində penaltidən fərqlənən futbolçu 5 dünya çempionatında qol vuran yeganə futbolçu olub.

Final mərhələlərində ümumilikdə 8 qol vuran futbolçu DÇ-2006, DÇ-2010, DÇ-2014, DÇ-2018-ci illərdə də rəqib qapısına yol tapıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner