Millimizin rəqibinin heyətində dəyişiklik

Millimizin rəqibinin heyətində dəyişiklik
XƏBƏR 14 Noyabr 2022 / 19:58 1268
-  A +

Moldova millisinin heyətində Azərbaycanla yoxlama oyunu öncəsi dəyişiklik edilib.

Qol.az Moldova Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Vyaçeslav Poşmak və Maksim Kojokaru səhhətlərində problemlərə görə yığmanın düşərgəsini tərk ediblər. Onların əvəzinə milliyə Yaser Turkan ("Petrokub") və Mixail Ştefan ("Sfıntul Qeorqe") çağırılıb.

Qeyd edək ki, noyabrın 16-da Moldovanın paytaxtı Kişinyov şəhərindəki “Zimbru” stadionunda keçiriləcək Moldova- Azərbaycan oyunu Bakı vaxıt ilə saat 21:00-da başlayacaq. Moldova yığması bundan 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner