Qvardiola klub rəhbərliyi ilə görüşəcək

Qvardiola klub rəhbərliyi ilə görüşəcək
XƏBƏR 14 Noyabr 2022 / 13:58 1745
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcək.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Görüş Abu-Dabidə olacaq. Tərəflər klubun gələcək planlarını müzakirə edəcəklər. 

Qvardiolanın "şəhərlilər" lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Ona görə də bu görüş Pepin "Mançester Siti"də qalıb-qalmayacağını müəyyənləşdirmək üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, Qvardiol 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner