Dadaşov zədələndi, "Şalke-2" heç-heçə etdi

Dadaşov zədələndi, "Şalke-2" heç-heçə etdi
XƏBƏR 12 Noyabr 2022 / 12:23 858
-  A +

Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Alemanniya”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və ilk hissədə zədələndiyi üçün fasilədə əvəzlənib. 

Qeyd edək ki, “Şalke-2” 16 turdan sonra 25 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner