Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan və Rumıniya yığma komandaları ilə keçirəcəkləri yoxlama matçları barədə danışıb.
Qol.az xəbər verir ki, 50 yaşlı mtəxəssis yerli federasiyanın saytına açıqlamasında millimizi yaxşı təhlil etdiklərini vurğulayıb:
"Əvvəlcə Azərbaycana qarşı oynayacağıq. Bilirik ki, onların futbolçularının çoxu hazırda avrokuboklarda uğurla çıxış edən “Qarabağ”da oynayır. Üstəlik, Azərbaycan millisinin legionerlərini də tanıyırıq. "İnStat"dakı tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibin təhlilini kifayət qədər yaxşı apardıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatları futbolçulara çatdırmaqdır".
Çalışdırıcı bunu da qeyd edib ki, millinin "Boluspor"da oynayan üzvü Vyaçeslav Posmak yığmaya qatıla bilməyəcək: "Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə milliyə qoşula bilməyəcək. Digər futbolçular isə öz yerlərində olacaqlar".
Kleşenko azarkeşləri Azərbaycan və Rumıniya ilə görüşlərdə komandaya dəstək olmağa çağırıb: "Bütün qəlbimlə öz adımdan, futbolçular, məşqçilər korpusu, eləcə də federasiya adından azarkeşlərdən xahiş edirəm ki, bu 2 oyunda stadion gəlsinlər. Hamınız gördünüz ki, biz müsbət emosiyalar yarada bilərik. Sizi azarkeşlər üçün oynayacağımıza əmin edə bilərəm. Gəlin, baxın, sevinin və bizim üçün həyəcanlanın".
Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Moldova bundan 4 gün sonra Rumıniya lə qarşılaşacaq.
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır