Pike "Barselona"da qazandığı 30 kubokla - Şəkil

Pike "Barselona"da qazandığı 30 kubokla - Şəkil
XƏBƏR 12 Noyabr 2022 / 00:11 3749
-  A +

"Barselona"dan ayrılaraq karyerasını başa vuran Jerar Pike Kataloniya klubu ilə qazandığı 30 kubokla şəkil çəkdirib.

Qol.az xəbər verir ki, foto "Barselona"nın Tvitter səhifəsində yayımlanıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. İspaniya millisinin sabiq üzvü 2006-cı ildə "Real Saraqosa"ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb. O, klubla 8 dəfə La Liqanın, 7 dəfə Kral Kubokunun, 6 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner