DÇ-2022 öncəsi zədələndi

DÇ-2022 öncəsi zədələndi
XƏBƏR 9 Noyabr 2022 / 11:16 2603
-  A +

Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane zədələnib.

Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda "Verder"lə matçda sıradan çıxıb. O, 20-ci dəqiqədə Leroy Sane ilə əvəzlənib. Onun DÇ-2022-yədək sağalıb-sağalmayacağı məlum deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Seneqal millisi dünya çempionatında A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner