Levandovski 3 oyunluq cəzalandırıla bilər

Levandovski 3 oyunluq cəzalandırıla bilər
XƏBƏR 9 Noyabr 2022 / 10:11 2503
-  A +

"Barselona"nın futbolçusu Robert Levandovski komandanın növbəti 3 oyununu buraxa bilər.

Qol.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. 34 yaşlı hücumçu La Liqanın 14-cü turunda "Osasuna" ilə görüşdə (1:2) ikinci sarı vərəqə alaraq oyunun 31-ci dəqiqəsində meydanı tərk edib. Robert hakimə qarşı qərəzsiz jest göstərib.  Yarışın reqlamentinə görə, polşalı forvard 3 oyunluq cəzalana bilər.

Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 18 qol vurub, 4 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner