"Real"ın son 9 ildəki ən pis göstəricisi

"Real"ın son 9 ildəki ən pis göstəricisi
XƏBƏR 8 Noyabr 2022 / 11:36 4252
-  A +

"Real" bu mövsüm La Liqada keçirdiyi 13 matçdan 11-də qol buraxıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 13-cü turda "Rayo Vallekano"ya uduzub - 2:3.

"Real" La Liqanın bu mövsümündə yalnız 2 matçda - "Xetafe" (1:0) və "Elçe" ilə (3:0) görüşlərdə qapısını təmiz saxlaya bilib. Onlar qalan 11 oyunda qol buraxıblar. Bu da "Real"ın 2013/14 mövsümündən bəri ən pis nəticəsidir. 

Qeyd edək ki, "kral klubu" hazırda La Liqanın turnir cədvəlində 32 xalla 2-cidir. Komanda "Barselona"dan 2 xal geri qalır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner