Bir neçə gün öncə karyerasını başa vuran Jerar Pike La Liqanın 14-cü turunda "Osasuna" ilə matç üçün "Barselona"nın iştirak ərizəsinə daxil edilib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin heyətindəki problemlərdir. Ona görə də 35 yaşlı müdafiəçi "Osasuna" ilə görüş üçün sifariş edlən oyunçular sırasındadır.
Həmçinin oxuyun: "Sevmək bəzən getməkdir" - Pike
Noyabrın 5-də ispaniyalı futbolçu La Liqanın 13-cü turunda "Kamp Nou" stadionunda "Almeriya"ya qarşı keçirilən matçdan (2:0) sonra karyerasını başa vurmuşdu. Pike sözügedən görüşdə start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. O, son oyununda göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. İspaniya millisinin sabiq üzvü 2006-cı ildə "Real Saraqosa"ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu