“Zirə”nin belçikalı legioneri “Gent”dən danışdı

“Zirə”nin belçikalı legioneri “Gent”dən danışdı
XƏBƏR 8 Noyabr 2022 / 10:57 4320
-  A +

"Zirə"nin futbolçusu Loris Bronyo "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin püşkündə Belçika "Gent"i ilə düşməsini dəyərləndirib.

Belçikalı futbolçu ölkəsinin "Şarlerua"  (2010-2011), "Aud-Hever Leven" (2012-2014), "Lommel" (2013-2014), "Mons" (2014-2015), "Berşot" (2018-2021) klublarında oynayıb.

L.Bronyo  Qol.az-a açıqlamasında "Qarabağ"ın "Gent"lə qarşılaşmaları ilə bağlı deyib: "Bizi baxımlı oyunlar gözləyir. Yaxşı matçlar olacaq. "Gent" sonuncu turda "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib. Onlar hazırda yaxşı formadadırlar, yaxşı heyətə malikdirlər. Komandanın heyətində hücumçu Hüqo Kuypers əla oyun sərgiləyir. Onlara qarşı Belçika çempionatında oynamışam. Həqiqətən, yaxşı komandadır". 

Qeyd edək ki, "Qarabağ" "Gent"a qarşı ilk matçını Bakıda fevralın 16-da keçirəcək.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner