"İkardi mənimlə barışmağa çalışır, amma..."

"İkardi mənimlə barışmağa çalışır, amma..."
XƏBƏR 8 Noyabr 2022 / 10:08 4028
-  A +

"Qalatasaray"ın futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı və meneceri Vanda Nara oyunçudan boşanması haqda danışıb.

Qol.az calciomercato.com-a istinadən xəbər verir ki, o hələ də 29 yaşlı hücumçunu sevdiyini deyib:

Həmçinin oxuyun: İkardi həyat yoldaşından ayrıldı

“İki ay əvvəl boşandıq. Amma mən onu sevirəm. İkardi mənim üçün bu dünyada ən vacib insandır. Digər tərəfdən, mənim reperlə romantik münasibətim haqqında deyilənlər doğru deyil. Bütün bunlar bir sıra anlaşılmazlıqlar nəticəsində baş verdi. İkardi ilə yaxşı ayrıldıq. Mən çox vaxt Argentinada işləyirəm, o, Türkiyədə yaşayır. Uşaqlarımız isə yaşamaq istədikləri yerdə-  İtaliyadadırlar. Argentinada səhər saat 8-dən axşam saat 8-ə kimi televiziya verilişində işləyərkən Mauro reperin klipində rol almağıma əsəbiləşdi və mənə dəfələrlə zəng etdi. O, məni geri qaytarmağa çalışır. Amma indi nəyisə bağışlamağa ehtiyacım yoxdur. Bu mesajları unutmuram. Seçim etməli oldum. Mən nə vaxtsa Mauroya qayıda bilərəmmi? Kim bilir”.

Qeyd edək ki, bundan əvvəl Naranın argentinalı reperin klipində rol aldığı, bundan sonra İkardinin məsələyə görə Argentinaya uçduğu bildirilirdi. Lakin Vanda Mauronu qaldığı otelə buraxmayıb. Nəticədə onlar sentyabr ayında boşanıblar.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner