"Əslində geniş danışmaq üçün əvvəlcə "Gent"in son oyunlarına baxmaq lazım gələcək. Sadəcə bunu da deməliyəm ki, "Gent" nə arzuolunmaz, nə də asan keçiləcək rəqibdir".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.
Xəbər verdiyimiz kimi, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaq. A.Kərimov isə mərhələnin püşkünü dəyərləndirərkən Belçika klubunun Ağdam təmsilçisinin özünə uyğun rəqib olduğunu deyib:
"Sözsüz ki, bu mərhələdə asan rəqib olmur. Sadəcə olaraq, "Gent"dən nisbətən zəif komandalar var idi. Məsələn, "Dnepr-1". Amma təbii ki, "Gent" “Fiorentina" da deyil. Daha ətraflı danışmaq üçün "Gent"in Konfrans Liqasındakı və yerli çempionatdakı matçlarına baxmaq lazımdır. Bundan sonra onların oyun üslubu haqqında nəsə demək olar. Amma ümumi götürəsi olsaq, "Gent" keçiləsi rəqibdir. "Qarabağ" bunun öhdəsindən gələ bilər. "Gent" arzuolunmaz rəqib deyil. Daha güclü komandalarla da qarşılaşa bilərdik. Lakin "Gent"ə nisbətən "Dnepr-1" daha münasib rəqib olardı. Pley-offda bütün oyunlar çətin olacaq. Amma biri var İtaliya, İspaniya, Almaniya kimi ölkələrin təmsilçiləri ilə qarşılaşasan, biri də var Belçika. İspaniya, Almaniya, İtaliyanın ölkə çempionatı, bu komandaların oynadığı matçlar tam başqa səviyyədədir. Ən azından "Qarabağ"ın keçirdiyi görüşlərdən, Azərbaycan çempionatından daha yaxşı səviyyədədir, qat-qat öndədir. Biri də var Polşa, Ukrayna, Belçika çempionatı ola. Biz əslində elə futbolçularımızın bir neçəsini Belçika çempionatında oynayan komandalardan gətirmişik. Səhv etmirəmsə, vaxtı ilə Reynaldo Silva da "Qarabağ"a Belçika çempionatından gəlmişdi. Yəni, sözsüz ki, Belçika çempionatı bizim Premyer Liqadan daha yüksək səviyyədədir. Amma İtaliya, İngiltərə çempionatı da deyil. Qısası, özümüzə uyğun bir rəqib düşdü".
Mütəxəssis bunu da qeyd edib ki, "Qarabağ"ın "Gent"i keçəcəyinə inanır:
"Gent"lə oynamaq mümkündür. "Gent" nə asan keçiləsi, nə də keçilməyəsi rəqibdir. "Qarabağ"la "Gent" arasında görüşlər gərgin mübarizə şəraitində keçəcək. Düşünürəm ki, qol şanslarımız da çox olacaq. Məncə, "Fiorentina" ilə də oynasaydıq, mərhələni keçməyə ümid edərdik. Amma gərək, cüzi səhv belə buraxmayasan. Çünki onların bu səhvlərdən yararlanacaq futbolçuları var. Bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi matçlarda görmüşük. Amma "Gent"in heyətində ən azından TOP səviyyəli futbolçular yoxdur. O imkanlardan yararlanmaq şansları olmayacaq. Buna ümid edirəm".
Qeyd edək ki, KL-də pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də olacaq. "Qarabağ" ilk oyununu evdə keçirəcək.
Nur Zeynalova
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində